RU

İranın dini lideri ölkənin yeni prezidenti ilə ilk görüşünü keçirib

İranın ali rəhbəri və dini lideri Ayətullah Əli Xamenei ölkənin yeni seçilmiş Prezidenti Məsud Pezeşkianla ilk görüşünü keçirib.

"Report"un xəbərinə görə, bu barədə Ə.Xamneyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dini lider Prezidentə bir sıra təlimatlar verib, Pezeşkianın xalqın potensialından, ölkənin bir çox digər imkanlarından tərəqqi və çiçəklənmə yolunda istifadə edəcəyinə ümid etdiyini" bildirib.

Xatırladaq ki, iyulun 5-də İranda dövlət başçısı İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6 %-ni toplayaraq qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3 % səs toplayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
123
23
sherg.az

10Источники