RU

FHN Kəngərli rayon Mərkəzi Xəstəxanasında təlim keçirib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallarda хəstəхаnаnın fəaliyyətinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.



Keçirilən təlimin əsas məqsədi Kəngərli rayonu ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan rayon mərkəzi xəstəxanasının tibb qüvvələrinin hazırlığını yoxlamaq, onların köməyi ilə zədələnmə ocaqlarında təxirəsalınmaz tibbi yardımın göstərilməsini məşq etdirməkdir.
Təlimin nəzəri hissəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məlumatlar verilib, qüvvələrin hazırlığı yoxlanılıb.
Təlimin praktik mərhələsində isə müvafiq qüvvələr tərəfindən rayon ərazisində şərti olaraq baş verə təbii fəlakət zonasından sudan və torpaqda götürülən nümunələr laboratoriyada yoxlanılıb. Şərti olaraq əhali arasında “bruselyoz” və “qarayara” xəstəliyinə kütləvi yoluxma hallarına qarşı da təxirə salınmaz tədbirlər həyata keçirilib. Şərti olaraq “yoluxucu” xəstəlikdən dünyasını dəyişən 1 nəfər vətəndaş xəstəxanaya gətirildikdən sonra yoluxmanın qarşısını almaq üçün xəstəxanada və təcili yardım avtomobilində dezinfeksiya işləri aparılıb. Həmçinin, ehtimal olunan radioaktiv zəhərlənmə hallarına qarşı fərdi mühafizə vasitələrinin paylanması məntəqəsi, sığınacaq və daldalanacaqlara xidmət manqası, ictimai asayişin mühafizə manqası və radiasiya və kimya müşahidə postunun qarşılıqlı fəaliyyəti məşq etdirilib. Şərti “yanğın” zamanı xəstəxananın yanğınsöndürmə, xilasetmə və ictimai asayişi mühafizə manqaları qarşılıqlı fəaliyyət göstərib.
76 nəfər həkim və orta tibb işçisi iştirakı ilə keçirilən kompleks mülki müdafiə təlimində qarşıya qoyulan məqsədlərə nail olunub.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Избранный
431
nuhcixan.az

1Источники