Qurtuluş savaşının dastana çevrilən şanlı səhifəsi
Çanaqqala türk əsgərinin özünün şərəfi və ləyaqəti, əqidəsi sandığı Vətəni qoruma gücündə olduğunu, eyni zamanda, millətin yenilməz ruhunu göstərən bir savaş meydanıdır. Məhz türk əsgərinin şücaəti sayəsində “Çanaqqala dəniz döyüşü” Antanta üçün hərbi səriştəsizlik və fəlakət simvolu kimi tarixə yazıldı. Bu zəfər sonradan bütün Türk dünyasının qürur mənbəyinə çevrildi. Həmin qələbənin qazanılmasında Azərbaycanın da payı var. Qafqazdan qardaş Türkiyəyə köməyə gedən müsəlmanların arasında 3 minə yaxın azərbaycanlı əsgər və zabit vardı.
259 gün (1915-ci il aprelin 25-dən 1916-cı il yanvarın 9-dək) davam edən, böyük insan itkisi ilə (türklər – 250869, ingilislər – 216014 və fransızlar – 47745) ilə nəticələnən Çanaqqala döyüşü həm də yurd sevgisinin, mənəvi gücün hərbi-texniki üstünlüklər üzərində qalibiyyət rəmzidir.
Bir çox maraqlı fakt və hadisələri ilə dünya hərb tarixinə düşən Çanaqqala döyüşünün bəzi özəlliklərini oxucuların nəzərinə çatdıtraq:
– Bu savaşda hər kvadratmetrə orta hesabla 6000 güllə atılıb. Bu, dünya müharibələri tarixində ən yüksək göstərici hesab olunur;
– iki güllənin havada toqquşma ehtimalı 600 milyonda bir olsa da, o döyüşdə bir neçə güllənin havada bir-birinə yapışması faktı qeydə alınıb;
– türk topçuları cəmi 6 saat ərzində İngiltərə–Fransa donamasının 5 hərbi gəmisini batırıblar;
– Çanaqqala savaşında türk əsgəri ilə çiyin-çiyinə qadın piyadalar və snayperlər də döyüşüblər.
Çanaqqala dаstаnının qəhrəmаnlıq qollarından biri də topçu Seyid onbaşının adı ilə bağlıdır. Düşmən gəmisi sahilə yаxınlаşırdı və əgər bоğаzа girsəydi, Аnаdоlunun tаlеyi həll оlunаcаq, müttəfiqlər İstanbulu işğаl еdəcəkdilər. Yаnındаkı tоpçulаrın hаmısı şəhid оlаndan sonra tək qаlаn Sеyid çаvuş 256 kilоqrаmlıq sonuncu tоp mərmisi ilə üz-üzə dayanmışdı. O, Tanrının verdiyi güclə mərmini çətinliklə olsa da götürüb, tоpа qоyur və gəmiyə аtəş аçır. Mərmi gəminin gövdəsini dаğıdır və оnu bаtırır. Sеyid çаvuşun bu şücaəti düşmənin gеri çəkilməsinə səbəb оlur. Beləliklə, bir tоpçu bir mərmi ilə Çanaqqala döyüşündə dönüş yaradır.
Döyüş meydanını təyyarədən izləyən britaniyalı pilot sahildən 50 metr aralıda dənizin al-qırmızı rəngə boyandığını görür və bunu həyatının ən qorxulu hadisəsi adlandırır.
Çanaqqalada türk əsgərinin göstərdiyi əzm və şücaət düşmən generallarını, siyasi xadimlərini belə heyrətə gətirmişdi. İngiltərənin Baş naziri Uinston Çörçill “Türklər Çanaqqalada ən müasir texnika ilə silahlanmış müttəfiq güclərin qarşısında qala kimi dayanmışdılar”, ingilis generalı Oqlander isə “Türk əsgərinin döyüşkənliyinin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu” – demişdilər.
Türkiyəni Cümhuriyyətə aparan yolda həlledici nöqtə sayılan Çanaqqala döyüşü zamanı Mustafa Kamal gənc polkovnik-leytenant olsa da, artıq sərkərdəlik bacarığını, hərbi dühasını isbat etmişdi. O, 1915-ci il aprelin 25-də 57-ci piyada alayını ilk döyüşə aparmışdı. Avqust ayındakı döyüşlərdə isə Qazi Mustafa Kamal Atatürkün hərbi istedadından hamı xəbər tutdu. Çanaqqala döyüşləri məhz onun iştirakına görə Qurtuluş savaşının hazırlıq mərhələsi hesab olunur.
Hər il martın 18-i bir millətin hürriyyət, Vətən və torpaq uğrunda gücünü ortaya çıxaran və onun nəyə qadir olduğunu göstərən, bu şərəfli döyüşdə canlarını fəda etmiş igid oğul və qızlarını – Çanaqqala Şəhidlərini Anma Günü kimi qeyd olunur. Çanaqqala döyüşü məhvolma vəziyyəti ilə üzləşmiş bir ölkənin möhtəşəm Qələbəsi kimi hər bir türkün mübarizliyinin rəmzi kimi əbədiləşib.
Türk əsgəri Vətən uğrunda savaşmağın nümunəsini ortaya qoydu, dünyaya bir hərbi dərs keçdi və qalib gəldi. Çanaqqala döyüşü və zəfəri olmasaydı, Birinci dünya müharibəsinin nəticələri, elə dünyanın özü də tamam başqa cür olardı.
Yüz il əvvəl olduğu kimi, bu gün də tarixin şanlı səhifələrini hilallı-ayparalı bayraqları yanaşı dalğalanan Türkiyə və Azərbaycan bir yerdə yazır.
İ.HƏSƏNQALAXQ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта