RU

Malatyada yanğın dəhşəti YAŞANIR

Fevralın 6-da baş verən zəlzələdən sonra tikilən konteyner bazarında başlayan yanğında partlayışlar var. Xilasetmə qrupları TOMA-larla birlikdə yanğını söndürmə işlərini davam etdirir.

Fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Malatyada tikilən konteyner bazarında yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Məlumata görə, Yeşilyurt səmtinin Çavuşoğlu Məhəlləsində Kiçik Sənaye Sahəsində yerləşən konteyner bazarında baş verən yanğın qorxu və panikaya səbəb olub.
Naməlum səbəbdən başlayan yanğın qısa müddətdə onlarla konteyneri bürüyüb. Ara-sıra partlayışların yaşandığı yanğına çoxlu sayda yanğınsöndürmə briqadası ilə yanaşı TOMA avtomobilləri də müdaxilə edir.
 


Bizim.Media

Избранный
143
13
bizim.media

10Источники