UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhləsinə start verilib.
"Operativ Media" xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri üz-üzə gəliblər.
“Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. “Linkoln” səfərdə qalib gəlib.
Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq