RU

Lerikdə paytaxt sakinindən “Kalaşnikov” avtomatı aşkarlanıb (FOTO)

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
 Lerikdə paytaxt sakinindən

Lerikdə paytaxt sakinindən
Lerikdə paytaxt sakinindən

Избранный
424
32
7news.az

10Источники