RU

Azərbaycanda yaşıl enerjiyə keçid mövzusunda dəyirmi masa təşkil olunub (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində nazir müavini Orxan Zeynalovun iştirakıilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş KrallığınınEnerji Təhlükəsizliyi və Xalis Sıfır İdarəsi arasında “Azərbaycandayaşıl enerjiyə keçid” mövzusunda dəyirmi masa təşkil olunub.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumatyayıb.

Dəyirmi masada Azərbaycanda bərpa olunan enerji mənbələri,dekarbonizasiya, enerji səmərəliliyi sahəsində hazırkı vəziyyət,həyata keçirilən cari layihələr barədə qarşı tərəfə məlumatverilib, Azərbaycan və Böyük Britaniya arasında bərpa olunanenerji, xüsusilə yaşıl hidrogen istehsalı, həmçinin enerjisəmərəliliyi, elektrik şəbəkələrinin gücləndirilməsi üzrəəməkdaşlığa dair növbəti addımlar müzakirə edilib.

Tədbirdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində EnerjiMəsələlərini Tənzimləmə Agentliyi, həmçinin “Azərenerji” ASC,“Azərişıq” ASC, SOCAR və bp şirkətlərinin nümayəndələri iştirakedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
12
az.trend.az

10Источники