RU

Azərbaycan ilə Böyük Britaniya arasında yaşıl enerji üzrə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan

Bakı, 11 iyul, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Enerji Təhlükəsizliyi və Xalis Sıfır İdarəsi ilə “Azərbaycanda yaşıl enerjiyə keçid” mövzusunda dəyirmi masa təşkil olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavini Orxan Zeynalovun iştirak etdiyi dəyirmi masada Azərbaycanda bərpaolunan enerji mənbələri, dekarbonizasiya, enerji səmərəliliyi sahəsində hazırkı vəziyyət, həyata keçirilən cari layihələr barədə qarşı tərəfə məlumat verilib, Azərbaycan və Böyük Britaniya arasında bərpaolunan enerji, xüsusilə yaşıl hidrogen istehsalı, həmçinin enerji səmərəliliyi, elektrik şəbəkələrinin gücləndirilməsi üzrə əməkdaşlığa dair növbəti addımlar müzakirə edilib.

Tədbirdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, həmçinin “Azərenerji” ASC, “Azərişıq” ASC, SOCAR və BP şirkətlərinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
9
azertag.az

10Источники