RU

İlham Əliyev dost ölkədədir

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev iyulun 11-də dost Pakistana dövlət səfərinə gəlib.Xəbəri Prezidentin mətbuat xidməti yayıb.“Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı. Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif qarşıladı. Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşdülər”, – deyə xəbərdə bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
125
49
bayraqdar.info

10Источники