RU

Pakistanın Baş naziri: "Qəlblərimiz bir döyünür"

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Baş naziri Məhəmməd Şahbaz Şəriflə 2 milyardlıq qarşılıqlı investisiya layihəsini müzakirə edib, Azərtac xəbər verir.

Pakistan lideri onu da deyib ki, azərbaycanlı mütəxəssislər "İslamadın abadlaşdırılması ilə bağlı" layihə hazırlayıblar və Bakıdan nümunə götürüblər.

"Biz fərqli dillərdə danışırıq, biz urdu, siz Azərbaycan və ya Türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq. Lakin inanın mənən bizim qəlblərimiz birlikdə döyünür", - Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında belə deyib.

Azərbaycan Prezidenti Pakistana iyulun 11-də rəsmi səfərə gedib.

Məhəmməd Şahbaz Şərif deyib ki, onlar ikitərəfli ticarəti genişləndirməklə bağlı razılığa gəliblər.

"Biz qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə apardıq. ...ümidvaram ki, mən noyabrda sizin möhtəşəm ölkənizə səfər edəndə, o vaxta qədər hər iki tərəf ilkin olaraq 2 milyard dollar dəyərində razılaşmaları imzalamağa hazır olacaq", - cənab Şahbaz Şərif deyib.

Pakistan hökumətinin rəhbəri, həmçinin azərbaycanlı mütəxəssislərin "İslamadın abadlaşdırılması ilə bağlı" layihə hazırladıqlarını da vurğulayıb.

"Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük..." - Şahbaz Şərif deyib.

O, Azərbaycana ötən il səfər etmişdi və dünənki görüşdə həmin səfərini xatırladaraq deyib ki, "naharda verilmiş ləziz yeməkləri" hələ də xatırlayır.

Pakistan Baş naziri ölkəsinin Azərbaycanı Qarabağ məsələsində dəstəklədiyini bildirib, Azərbaycana Kəşmir məsələsində ölkəsinə dəstək olduğu üçün təşəkkür edib.

Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, Cəmmu və Kəşmir məsələsində Azərbaycanın "birmənalı dəstəyi qardaşlığa, eləcə də beynəlxalq hüquqa olan sadiqliyi"dir.

Cənab Əliyev vurğulayıb ki, Azərbaycanın Pakistana yatıracağı sərmayələrin ilkin həcmi, "təxminən iki milyard dollardır".

"Biz energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik", - Azərbaycan Prezidenti əlavə edib.

Videoya Youtube-da baxın.

Избранный
256
bbc.com

1Источники