Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi öz yeni qatlana bilən smartfonu Honor Magic V3-ü Çində təqdim etdi. Təqdim edilmiş bu yeni smartfon keçən ilki Honor Magic V2-dən ən nazik qatlana bilən smartfon statusunu özünə götürüb. Belə ki, Honor Magic V3-ün qalınlığı qatlanmış vəziyyətdə 9.2 mm, tam açıq vəziyyətdə isə 4.6 mm təşkil edir. Honor Magic V2-də bu göstəricilər müvafiq olaraq 9.9 mm və 4.7 mm təşkil edir. Üstəlik şirkət bildirib ki, bu yeni smartfonda qatlana bilən smartfonlar arasında ən nazik şarnir konstruksiyasından istifadə edilir. Belə ki, onun qalınlığı 2.84 mm təşkil edir. Məlumata əsasən Honor Magic V3 500 000 dəfə qatlanma prosesinə rahatlıqla tab gətirə bilir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2376х1060 piksel keyfiyyətli 6.43 düym ölçülü xarici OLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2344х2156 piksel keyfiyyətli 7.97 düym ölçülü daxili OLED ekranla təchiz olunub. Xarici ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit, daxili ekranın maksimal parlaqlıq səviyyəsi isə 1600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonun gövdəsi isə IPX8 standartı üzdə sudan qorunma özəlliyinə sahibdir. Honor Magic V3 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 40 MP + 50 MP üçlü arxa kameranı və hər bir ekran üzərində 20 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5150 mAh enerji tutumlu batareyaya sahibdir və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Honor Magic V3 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon 19 iyul tarixində Çində satışa çıxacaq. Çox güman ki, müəyyən müddətdən sonra o həmçinin qlobal bazarda da satılacaq. Honor Magic V3-ün Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.- 12 GB RAM + 256 GB yaddaş - 1240$- 16 GB RAM + 512 GB yaddaş - 1379$- 16 GB RAM + 1 TB yaddaş - 1516$.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта