RU

Nədir “Paris Sazişi”?

Sazişi zəruri edən səbəb
Qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin ətraf mühitə olan neqativ təsirlərinin getdikcə intensivləşməsi.

Yaranma tarixi
Saziş, 15 Dekabr 2015-ci il tarixində Fransanın Paris şəhərində keçirilən 21-ci Tərəflər Konfransında (COP21) qəbul edilmiş və 04 Noyabr 2016-cı ildə qüvvəyə minmişdir. Sazişə 195 ölkə razılıq verib, 189-u isə ratifikasiya edib (2024; İyul).

Hədəflər

  • Qlobal istiləşməni sənayeləşmədən əvvəlki (1850-1900) temperaturdan 2 dərəcədən çox olmamaqla 1.5 dərəcəyə qədər cilovlamaq (2040-a qədər). Bu göstərici hazırda 1 dərəcə ətrafındadır (2024; İyul)
  • Hər bir ölkənin iqlim hədəflərinə dair öhdəliklərini öz resurslarına mütənasib olaraq müəyyənləşdirmə imkanı tanımaq və dəstək olmaq
  • Lazım olan investisiyaların, maliyyənin ölkələr arasında axınını asanlaşdırmaq
  • Texnoloji inkişaf və bunun ölkələr arasında mobilliyini təmin etmək
  • Effektiv nəticələr üçün 195 ölkə arasında sıx əməkdaşlığı formalaşdırmaq
  • Şəffaflıq və nəticəyönümlü fəaliyyət üçün hesabatlığı təmin etmək (hər 5 ildən bir)
  • Məlumat etmək üçün qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Paris Sazişini 28 oktyabr 2016-cı il tarixdə ratifikasiya etmişdir.

     

    Избранный
    25
    banker.az

    1Источники