Nazirlər Kabineti 5 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na dəyişiklik edib.Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək.İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта