RU

Sabiq maliyyə naziri internetin bahalaşdırılmasından narazıdır

“Azərbaycanda internet əzəldən qonşu ölkələrlə müqaisə edilməyəcək dərəcədə baha olub və bu fərq getdikcə artır ki, azalmır”. Bunu Gununsesi.info-ya açıqlamasında ölkədə internetin qiymətinin artırılmasını şərh esən sabiq maliyyə naziri Fikrət Yusifov deyib.Rusiyanın “Bilayn” şirkəti ilə Azərbaycanın “Azərsel” şirkətinin təqdim etdiyi internet qiymətləri arasında müqayisə aparan sabiq nazirin sözlərinə görə, Rusiyada qiymətlər bizdən xeyli ucuzdur:”Hər iki ölkənin vətəndaşlara təklif etdikləri mobil internet və telefon danışıqlarının qiymətlərini, habelə “Bilayn” şirkəti ilə “Baktelekom” şirkətinin insanlara təklif etdikləri ev internetinin qiymətlərini müqaisə edək.Əgər Rusiyanın “Bilayın” şirkəti mobil telefon xidmətləri üzrə bir aylıq 50 QB internet, 1200 dəqiqə danışıq limiti nəzərdə tutan, sürəti saniyədə 100 m/b olan “UP Пчела Базя” tarifini insanlara Azərbaycan manatı ilə 4 manat 93 qəpiyə təklif edirsə, Azərbaycanda “Azərsel” maksimum 30 QB internet və 700 dəqiqə danışıq limiti müəyyənləşdirən “Super Sən” adlı tarifi insanlara 39 manata və ya bir QB üçün Rusiyada “Bilayn” şirkətinin təklif etdiyi qiymətdən 13,2 dəfə baha təklif edir. Başqa bir misal. Rusiyadakı həmin “Bilayn” şirkəti vətəndaşlara saniyədə sürəti 500 m/b olan ev internetinin bir aylıq ödəniş haqqını Azərbaycan manatı ilə 2 manat 89 qəpik müəyyən edirsə, Azərbaycanda “Baktelekom” bir aylıq ev interneti üçün 18 manat xidmət haqqı alır və indi də həmin qiyməti 40%-ə qədər bahalaşdırıb, aylıq ödəniş haqqını 25 manat müəyyənləşdirir ki, bu da Rusiyada “Bilayn” şirkətinin insanlara təklif etdiyi ev internetinin bir günlük qiymətindən 8,7 dəfə bahadır”.Fikrət Yusifov Rusiyanın Azərbaycan kimi interneti kənardan aldığını vurğulayaraq, hökumətə sual edir: “Bəs onda bu qədər fərq nə deməkdir?!”

Избранный
90
mediaxeberleri.az

1Источники