RU

Bütün Qafqazda əks-səda doğuran qəzet - "ƏKİNÇİ"

Zəngin tarixi olan Azərbaycan milli mətbuatı  bu gün 149 yaşını qeyd edir. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Məhz həmin gün – 22 iyul günü 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur."Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan mətbuatımız əsrlər boyu dəyişmiş cəmiyyətdə baş vermiş hadisələrə uygunlaşmağa çalışıb. Mətbuatın cəmiyyət həyatına təsiri o qədər güclüdür ki, onu  “xalqın görən gözü”, “eşidən qulağı”, “danışan dili” adlandırırlar. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət və yaşayış tərzini, ictimai-siyasi və mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirən, onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitə, ideoloji silahdır.Milli mətbuatımızın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Ümummilli Lider Heydər Əliyevin Fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçiliyi inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin əvəzolunmaz fəaliyyəti danılmazdır. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.Tarixinin ən parlaq simalarından biri olan, milli mətbuatımızın banisi, dahi Həsən bəy Zərdabinin bütün çətinliklərə rəğmən əməyinin nəticəsində ərsəyə gələn “Əkinçi” qəzetinin xalqımızın milli dirçəliş yoluna qədəm qoymasında, dövlət və dövlətçilk ideyalarının formalaşmasında, ictimai həyata baxışının dəyişməsində və cəmiyyətin qaragüruhun təsirindən xilas etməsində, xalqın maariflənməsində ciddi dönüş nöqtəsi yaratmışdı. Mətbuat bu gün də  cəmiyyətin inkişafında, ictima-siyasi şüurunun formalaşmasında, milli-mənəvi dəyərlərinin qorunmasında və təbliğində əhəmiyyətli rolunu qoruyub saxlayır. Mətbuat günü-gündən inkişaf etdikcə öz yayım funksiyasını daha da genişləndirir. Bu gün informasiya yayımı funksiyasını qəzet və jurnallarla yanaşı, radio-televiziya, elektron media, sosial şəbəkələr də təmin edir.Bu gün gənc jurnalist olmaqla yanaşı, eyni zamanda, dahi şəxsiyyət Həsən bəy Zərdabinin həmyerlisi olmağın qüruru ilə bu bayramı qeyd edir, hər zaman qələmimin həqiqəti yazacağına söz verərək bütün həmkarlarımı təbrik edirəm.Aygün Hüseyn,Naxçıvan televiziyasının əməkdaşı

Избранный
85
mediaxeberleri.az

1Источники