RU

ABB debet kartlarını SİMA KYC ilə onlayn sifariş et

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki“AzInTelecom” MMC ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasındayeni əməkdaşlığa start verilib.

AzInTelecom tərəfindən yaradılmış SİMA KYC rəqəmsal məhsuluartıq ABB-nin bütün debet kartlarının sifarişi zamanı istifadəoluna bilər. Bu yenilik banka məxsus istənilən debet kartı filialagetmədən sifariş etmək imkanı yaradır. İndi bankın rəsmi vebsaytına (www.abb-bank.az) daxil olaraq istənilən debet kartı əldə etmək üçün onlaynşəkildə müraciət göndərmək mümkündür. Vətəndaşlar müraciətinsonunda SİMA KYC ilə kimliyini rəqəmsal formada təsdiqlədəbilərlər.

Belə ki, təsdiq prosesi zamanı sifarişçinin kimliyini vəhəqiqiliyini müəyyən etmək üçün veb səhifədə kamera açılacaq. Buzaman kartı sifariş edən şəxs üzünü ekrandakı çərçivə istiqamətindətutmalı və foto çəkməlidir. Bundan sonra artıq kart sifarişi uğurlatamamlanacaq və vətəndaş geniş funksionallıqlara malik ABBkartlarını heç yerə getmədən sifariş etmiş olacaq. Qeyd olunanbütün proses cəmi bir neçə dəqiqə ərzində başa çatacaq.

Qeyd edək ki, SİMA KYC qurumlar və istifadəçilər arasındarəqəmsal körpü rolunu oynamaqla qurumlara müştərilər barəsindəmüvafiq məlumatı real vaxt rejimində əldə etmək imkanı verir. Buhəll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütünproseslərdə tətbiq oluna bilər. SİMA KYC ilə bağlı daha ətraflıməlumatı www.sima.az saytından və“157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
14
az.trend.az

10Источники