RU

Ləğv prosesində olan bankın torpaqları hərraca çıxarılır - QİYMƏTLƏR

İyulun 25-də “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.

Müsadirə edilmiş əmlaklar – HƏRRACDA SATILIR – QİYMƏTLƏR

FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı daşınmaz əmlaklar 1 lot üzrə çıxarılacaq.

Hərraca 2 ədəd torpaq sahəsi çıxarılacaq. Torpaq sahələri haqqında daha ətraflı :

1)Hacıqabul rayonu, Ələtli kəndində yerləşən, ilkin satış qiyməti 20 min manat olan 8,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi

2)Hacıqabul rayonu, Ələtli kəndində yerləşən, ilkin satış qiyməti 30 min manat olan 12,3624 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi

Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27. (AVİS aptekin arxası). Tel: 055-206-66-67.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
2
fed.az

3Источники