RU

Bakı xəstəxanasında acınacaqlı vəziyyət: dağılan bina və növbə gözləyən xəstələr

Bura Azərbaycanın Travmatologiya İnstitutudur. Ölkədə bir dənə belə institut var və onun vəziyyəti belə acınacaqlıdır.

İnstitutun yerləşdiyi bina sovet dönəmindən qalmadır. Ölkənin digər rayon və şəhərlərində yaşayanlar bir çox halda müayinə və müalicə üçün bu xəstəxanaya göndərilir.

Neftlə zəngin Azərbaycanda önəmli bir dövlət xəstəxanasının bu vəziyyətdə olması sual doğurduğu üçün xəstəxananın rəhbərliyi ilə danışmağa çalışdıq.

Baş həkim Nizami Məmmədov kameraya danışmaq istəmədi. Amma dedi ki, xəstələrin qəbul edildiyi korpus ötən əsrin 40-cı illərində tikilib və əsaslı təmirə ehtiyacı var.

Onun sözlərinə görə, yaxın aylarda binanın bu hissəsi təmirə dayanacaq.

Baş həkim Nizami Məmmədov deyir ki, belə uzun növbənin olması təbiidir, çünki ölkənin hər yerindən bura axın var və onlar bəzən gün ərzində yüzlərlə xəstə qəbul etməli olurlar.

Videoya YouTube kanalımızda baxın.

Избранный
222
bbc.com

1Источники