RU

Google Pixel 9 Pro-nun müxtəlif gövdə rənglərində fotoları təqdim edilib

     OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə Google Pixel 9 Pro smartfonunun yeni keyfiyyətli fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfon müxtəlif gövdə rənglərində əks olunub. Söhbət, Obsidian, Porcelain, Rose и Hazel adlı gövdə rənglərindən gedir. Fotolardan da görmək olar ki, Pixel 9 Pro smartfonu yastı gövdəni və ekranı əldə edəcək. Ekran ətrafı çərçivələr isə nazik olacaqlar. Smartfonun arxa panelində oval formalı kamera sahəsi yerləşəcək və kamera sahəsinin daxilində 3 ədəd obyektiv mövcud olacaq. Qeyd etmək lazımdır ki, Pixel 9 smartfon seriyası 13 avqust tarixində təqdim ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
technote.az

1Источники