RU

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

“Bakcell” şirkətinin dəstəyi iləqadınların İKT üzrə bilik və bacarıqlarının artırılmasına yönəlmiş xüsusi təqaüd proqramıdavam edir. Proqramçərçivəsində iki ay müddətində baş tutacaq ixtisas təlimlərinə start verilib.

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı“WomeninTech” (WIT) beynəlxalq təşkilatı və Təhsilin İnkişafı Fondunun (TİF) birgətəşkilatçılığı, “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Seçim mərhələsini uğurla keçmiş 15-45 yaşaralığında olan xanımlar iki ay ərzində UX/UI dizayn, kibertəhlükəsizlik, rəqəmsal marketinq və digər ixtisaslara yiyələndikdən sonra işlə təmin olunacaqlar.

"Təqaüd proqramına dəstək göstərməkdə əsas məqsədimiz Azərbaycan xanımları arasında informasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsini yüksəltmək, onları gələcəkdə bu sahə üzrə karyera qurmağa həvəsləndirməkdir. Şirkətimiz özünü inkişaf etdirməyə həvəsli olan xanımlara hər zaman dəstək göstərməyə hazırdır",- deyə “Bakcell”in baş icraçı direktoru KlausMüller bildirib.

Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın adınaolan təqaüd proqramı2023-cü ildə təsis edilib. Proqramın məqsədi cəmiyyətin inkişafında bilavasitə rolu olan qadınların gələcəyin peşələrinə yiyələnərək iqtisadi azadlıqlarını əldə etmələrinə, öz arzularını reallaşdırmağa dəstək göstərməkdir.

Qadınların təhsil və məşğulluq imkanlarının artırılması “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
49
sia.az

10Источники