NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Abbas İsmayılovun əmri ilə Vüsal Novruzov Sahibkarlığın İnkişafı Fondu PHŞ-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vüsal Novruzov uzun müddət bank sektorunda rəhbər vəzifələrdə, o cümlədən 10 ildən artıq “Azərbaycan Türk Bank” ASC-nin Naxçıvan filialının müdiri vəzifəsində çalışıb. Həmçinin, özəl sektorda Biznesin İnkişafı üzrə direktor müavini və Naxçıvan Dövlət Universitetində Maliyyə şöbəsinin müdiri vəzifələrində işləyib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта