RU

Ədliyyə naziri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə
Ədliyyə naziri Fərid Əhmədov avqustun 19-da Şamaxı rayonunda Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Göyçay rayon sakinlərini qəbul edəcək. Bu barədə 1news.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 17 avqust tarixinədək Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 2027 4-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər. Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
6
1news.az

7Источники