RU

Həmkarlar İttifaqı Əli Həsənovun qudası ilə vidalaşır - Onun yerinə kim gətirilir?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.

Yenisabah.az xalq.az-a istinadla xəbər verir ki, o, AHİK-ın sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək.

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb. Avqustun 26-da keçiriləcək növbədənkənar qurultayda (AHİK) sədri postuna bir neçə namizəd olması iddia edilir.

İddialara görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postuna  Sahib Məmmədov namizədliyini veriləcəyi gözlənilir.

Sahib Məmmədov 2021-ci ildən iqtisadiyyat nazirinin müavini vəzifəsinə çalışır. 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
11
yenisabah.az

10Источники