RU

Tatar dili

‘‘Türk dilinin sehirli dünyası’’ proqramının bu günkü hissәsindә tatarlardan vә onların şәrqdәki türklәrin tarixindәki yerindәn danışacağıq.

Türk dili XV əsrin əvvəllərindən XX əsrin ilk illərinə qədər şәrqdә Çağatay türkcəsi və qәrbdә Osmanlı türkcəsi adlanan iki dil əsasında inkişaf edib. Türk dilində danışanlar tarixin ən güclü və ən uzunömürlü dövləti olan Osmanlı İmperiyası ilə çiçəklənmə dövrünü yaşayarkən  Qızıl Orda Xanlığı dağılıb vә yeni birliklər yaranıb.  Bu çərçivədə Kazan, Krım, Hәştәrxan, Qasım, Sibir və Türküstan xanlıqları qurulub. Kazan tatarlarının tarixi o dövrdə Volqa çayı sahillәrindә yaradılmış Kazan xanlığına gedib çıxır. Sözügedən xanlığın 1552-ci ildə IV çar İvan tәrәfindәn Rusiya İmperiyasının hakimiyyəti altına alınması ilə şәrqdәki türklәrinin tarixindә yeni bir dövr başlayıb. Bu dövr bugünkü müstəqil Türk Cümhuriyyət və Topluluqlarının sәrhәdlәri başda olmaqla dillәrinin vә mәdәniyyәtlәrinin formalaşmasına sәbәb olub. Belәliklә şәrqdәki türklәr Rusiya hakimiyyәti altına keçib. Bu sәbәbdәn Kazan xanlığının təkcə tatar türklərinin deyil, həm də türk dünyası tarixində dönüş nöqtəsi olduğunu deyә bilәrik.

Tatar adına ilk dəfə Orxon qәbirüstü yazısında “Otuz Tatar” və “Tokuz Tatar” olaraq rast gəlinir. Lakin yazılardakı bu etnik adların türk boylarına deyil, monqol boylarına aid olduğu düşünülür. Tatar adına sonralar Kaşqarlı Mahmudun məşhur əsəri Divanü Lüğat-it-Türkdә (Türk dillәri lüğәti) rast gəlinir. Kaşqarlı Mahmud əsərində tatar türklərindən bir türk boyu kimi bəhs edir. Bəzi alimlər tatar türklərinin türk və monqollardan  ibarət mәlәz bir xalq olduğunu iddia edirlər. Lakin alimlәrin əksəriyyəti monqol istilası dövründә Qara dənizin şimalında yaşayan köçəri qıpçaqların yaşadığı bölgəyə gələn monqolların türk dilini mənimsədiklәri tezisini dəstəkləyir. Tatarların öz adları ilə adlandırılması Qızıl Orda dövrünə təsadüf edir.

Günümüzdә  Volqa bölgəsində yaşayan tatarlar ilə Krım yarımadasında yaşayan tatarlar  Qızıl Orda dövründə eyni xalq kimi adlandırılsalar  da, Kazan xanlığı və Krım xanlığı dövründə bir-birlərindən uzaqlaşıblar. Krım tatarları  XV-XVIII əsrlərdə Osmanlı sərhədlərinə daxil olublar. Volqa çayı sahillərində yaşayan tatarlar isә XVI əsrdə Kazan xanlığının dağılması ilə Rusiyanın hakimiyyəti altına keçiblәr. Qeyd etmәliyik ki, Volqa çayı sahillәrindә yaşayan tatarlar hazırda da Rusiya Federasiyasının tәrkibindәdirlәr.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
112
6
trt.net.tr

10Источники