RU

Gərginlik son dərəcə artdı – Yaxın saatlarda DƏHŞƏTLİ hücum başlayacaq

Son günlər İran ilə İsrail arasındakı gərginlik son dərəcə artıb. Aprel ayında İranın geniş miqyaslı raket və dron hücumu İsrailə ciddi zərər verməyi hədəfləmişdi. Bu hücum İsrailin hava müdafiə sistemləri tərəfindən qismən zərərsizləşdirildi, lakin bölgədəki gərginliyi daha da artırdı. İranın bu cür hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən tənqid olundu və İsrail yeni hücumlara qarşı yüksək hazırlıq vəziyyətindədir.

HƏMAS-ın yüksək səviyyəli hərbi komandanlarından biri İsmayıl Haniyənin öldürülməsi səbəbilə İsrailə qarşı hücum hazırlıqlarına başlaya biləcəyi barədə məlumatlar yayılıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən himayə edilən İsmayıl Haniyə 1 avqust 2024-cü il tarixində Tehranda baş verən partlayış nəticəsində öldürüldü. Partlayışın İsrail tərəfindən təşkil olunduğu iddia edilir.

Haniyənin ölümünün ardınca Qətərdə onun üçün dəfn mərasimi keçirilib və bu hadisə həm İran, həm də Qəzza sakinləri arasında böyük rezonans doğurub. İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında bu mövzuda telefon danışığı olub və Bayden İsrailin təhlükəsizliyini təmin etməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb (DAWN).

Bəs İran yaxın saatlarda İsrailə hücum edə bilərmi?

Məsələ ilə bağlı danışan politoloq Tofiq Abbasov News24.az-a açıqlamasında bildirib ki, İran İsrailin Tehrana raket atmasını heç bir halda həzm etməyəcək, buna görə də hər hansı hücumun reallaşması an məsələsidir:

“İsrailin istədiyi odur ki, İranı müharibəyə salsın. İsrail təkbaşına əlbəttəki bacarmayacaq. Onların ümüdi Fransa, ABŞ və İngiltərənin onlara dəstək olmasıdır. Faktiki olaraq aprel ayındakı o zərbələr nəticəsində müharibə alınmadı. Sadəcə İran İsrailin “Dəmir tavan” sisteminin boşluqlarını göstərdi və bildirdi ki, İranda elə raketlər var ki, onlar İsrailin istənilən bütün obyektlərini vura bilər. O zaman belə demək olar ki, İsrail öz məsuliyyətsiz yanaşmasına görə cavabını aldı və ilk dəfə İsrailin eksklüzivliyi pozuldu. Həmin vaxt Vaşinqton Təl-Əvivə bildirdi ki, artıq otur yerində tərpənmə!”.

Politoloq qeyd edib ki, İsrailin Tehrana raket zərbəsi endirməsi bundan xəbər verir ki, artıq Benyamin Netanyahu müharibə üçün ciddi bir səbəb axtarır və o səbəbi tapdı. Onun sözlərinə görə, raket zərbəsi ilə hansısa ölkənin ərazisində onun qonağını qətlə yetirmək görülməmiş bir hadisədir:

“Netanyahu olduqca təhlükəli bir adamdır. Onun İranda törətdiyi hadisə açıq-aşkar siyasi xuliqanlıqdır. Belə çıxır ki, dövlət səviyyəsində terror dəstəklənir. Heç bir ölkə İsrailə qədər belə bir şey etməmişdi. Netanyahu İranla müharibəyə başlamaq üçün belə bir addım atır. İran əlbəttə ki, bu “acı həbi” uda bilməz. Udubsa da, bunun cavabını verəcək. İndiki bu vəziyyətdə bütün dünya səksəkə içində gözləyir ki, İranın cavabı necə olacaq”.

Tofiq Abbasov əlavə edib ki, İranın ətraf qüvvələri İsrail üçün çox ciddi və real təhlükədir. Bu Husilər, Hizbullah, HƏMAS, Mahmud Abbasın qüvvələri və digər qruplaşmalıdır. Bunlar sadəcə bir siqnal gözləyir ki, İsrailə qarşı qalxsınlar.

Избранный
61
6
kaim.az

7Источники