Paytaxtda marşrut avtobusunun sürücüsü qəza törədib.
Axar.az xəbər verir ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində baş verən qəzada 20 maşına zərər dəyib.
Belə ki, avtobus parkinqdəki avtomobillərlə toqquşub.
Qəzanın hansı səbəbdən baş verdiyi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.