Banqladeşin baş naziri Şeyx Hasina ölkədə həftələrdir davam edən ölümcül etirazlardan sonra istefa verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şeyx Hasina və onun bacısı hərbi helikopterlə Hindistana qaçıblar.
Məlumata görə, bazar günü paytaxtda baş verən qarşıdurmalarda azı 95 nəfər, o cümlədən ən azı 14 polis məmuru ölüb, yüzlərlə insan isə yaralanıb.
Bazar ertəsi Catrabari və Dəkkə Tibb Kolleci ərazilərində polislə etirazçılar arasında baş verən toqquşmalarda ən azı 6 nəfərin öldüyü bildirilir.
Nümayişlər tələbələrin hökumət işləri üçün kvota sisteminə son qoymağa çalışması ilə başlayıb, lakin polis və hökumətyönlü fəallarla qarşıdurmalar keçən ay 200-dən çox insanın ölümünə səbəb olan zorakılığa çevrilib.
Gülayə Mecid