Orxan Qarayev "TuranBank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. O, Fəzail Musayevi əvəz edib.
Bu barədə Bankın saytında məlumat verilib.
İndiyədək Orxan Qarayev İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.
Bundan əlavə TuranBank-ın İdarə Heyətinə 3 yeni üzv təyin olunub. Bunlar Çingiz Ağayev, Bəxtiyar Məmmədov və Emil Mürsəlovdur.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Orxan Qarayev 2012-ci ildən "TuranBank"da çalışır.
Xatırladaq ki, TuranBank 1992-ci ildən fəaliyyət göstərir. Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта