RU

Lənkəran 1 saylı mediasiya təşkilatında vəkillər və mediatorlarla görüş keçirilib - FOTOLAR

3 avqust 2024-cü tarixində Lənkəran 1 saylı mediasiya təşkilatında növbəti dəfə təşkilatla xidmət müqaviləsi bağlayan mediatorlarla və Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüş zamanı mediatorların qarşısında duran vəzifələri və öhdəlikləri, mediasiya prosesi zamanı vətəndaş məmnunluğunun təmin edilməsi mövsuzu və təşkilatın qarşısında duran məsələlər müzakirə edilib.

Lənkəran 1 saylı Mediasiya Təşkilatının direktoru Ramin Şükürov vətəndaşlarla qarşılıqlı səmərəli fəaliyyətin qurulması və mediasiyada mübahisələrin effektiv həll olunmasında göstərdiyi xidmətlərə görə Lənkəran Vəkil Bürosunun sədri, vəkil Faiq Atakişiyev, vəkillər Elşən Musazadə, Bəhrəm Muxtarov, Elvin İbrahimov, Orxan Məmmədli, təşkilatla xidmət müqaviləsi ilə çalışan mediatorlar Könül Rəcəbova, Orxan İbrahimov, Nəriman Əzimov, Tural Mikayılov, Yaşar Nağıyev və təşkilatın texniki işçiləri Asif Qurbanov və Nazi Şükürzadəyə təşəkkürnamə təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
4
qht.az

5Источники