RU

COP29-la əlaqədar metroda iş rejimi dəyişəcəkmi?

COP29-la əlaqədar dövlət qurumlarında iş rejimi dəyişəcək.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bəzi dövlət qurumlarında işə cəlb edilən işçilərin 70 faizinin məsafədən (evdən) işləmələri təmin edilməlidir.
Bəs COP29-la bağlı şəhərin əsas ictimai nəqliyyat vasitəsi olan metronun işində hər hansı dəyişiklik gözlənilirmi?
Sualımızı "Bakı Metropoliteni" QSC-yə ünvanladıq.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavabında həmin dövrdə hər hansı dəyişikliyin gözlənilmədiyini bildirib.
"Hər bir halda payız mövsümündə, yəni yeni tədris ili başlayandan sonra, metroda mümkün olacaq ən sıx hərəkət qrafiki tətbiq olunur. COP29-la bağlı hər hansı xüsusi qaydaların tətbiqi gözlənilmir".Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
6
businesstime.az

7Источники