Bakı. Trend:
Bakıda restorandan 13 min manat oğurlanıb.
Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisindəyerləşən restoranların birindən içərisində 12750 manat və qızılqolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub:"Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarınınkeçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdəşübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb".
Faktla bağlı araşdırma aparılır.