RU

AHİK-in “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub (FOTO)

Bakı. Trend:

Avqustun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşənAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Şəki”İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub.

Trend xəbər verir ki, açılışmərasimində AHİK sədri, VI çağırış Milli Məclisin deputatı SəttarMöhbalıyev iştirak edib.

Məlumat verilib ki, mərkəzdə 100 nəfərlik 2 dördmərtəbəli yataqkorpusu var. Bütün otaqlar kondisioner, televizor, soyuducu, seyf,fen və xalatlarla təchiz olunub. Eləcə də burada ittifaq üzvlərininrahat dincəlməsi üçün istirahət guşələri də mövcuddur. Mərkəzinərazisində ikimərtəbəli müalicə korpusu da var ki, bunun da birincimərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinəkabinetləri yerləşir. Qapalı hovuz da istirahət edənlərinistifadəsindədir. Həmçinin müxtəlif beynəlxalq və yerli tədbirlərinkeçirilməsi üçün nəzərdə tutulan zalda hər cür şərait var.

Ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılıb, müasirişıqlandırma sistemi qurulub.

AHİK sədri istirahət mərkəzinin ərazisini gəzib, korpuslarabaxış keçirib, istirahət üçün yaradılmış şəraitlə tanış olub.

Yaradılmış şəraiti yüksək qiymətləndirən Konfederasiya sədrimərkəzin rəhbərliyinə xidmətlərin daha da yüksək səviyyəyəqaldırılması və yarana biləcək hər hansı problemin dərhal aradanqaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.

AHİK-in
AHİK-in
AHİK-in
AHİK-in
AHİK-in
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
11
az.trend.az

10Источники