RU

"Rusiya narahatdır ki, Azərbaycan İsrailə qapalı dəstək verə bilər", təhlilçi

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqu bu həftə İrana və Azərbaycana niyə səfər edib?

Bu sualın yaranmasına səbəb onun səfərinin Həmas liderinin Tehranda öldürülməsindən bir həftə sonraya təsadüf etməsidir.

Sergey Şoyqu səfəri zamanı Cənubi Qafqazda sülh və təhlükəsizlik kimi məsələlərdən danışsa da, o, region ölkələrindən yalnız Azərbaycanda olub.

Təhlilçilər deyir ki, rusiyalı yüksək rütbəli rəsminin Tehran və ardınca Bakıya səfəri, İran və İsrail arasında mümkün savaşma ilə bağlı ola bilər.

Siyasi təhlilçi Fuad Şahbazov BBC Azərbaycancaya deyib ki, Rusiya İran və İsrail arasında mümkün münaqişədə Azərbaycanın Təl-Əvivə qapalı dəstək verə bilmə ehtimalından narahatdır.

Azərbaycanda bu barədə rəsmi şərh hələ ki, yoxdur, ancaq Prezident İlham Əliyev ölkəsinin İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll yolunu dəstəklədiyini deyib.

Bu arada, İran həmçinin Rusiya və Azərbaycanın istədiyi Zəngəzur koridoruna qarşıdır.

Videoya YouTube kanalımızda baxın.

Избранный
145
bbc.com

1Источники