Google Pixel 9 smartfon seriyasının təqdimatına sayılı günlər qalıb. Təqdimat tədbiri 13 avqust tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold modelləri daxil olacaqlar. Təqdimata sayılı günlər qalmış insayderlər Pixel 9 Pro XL modelinin texniki imkanlarını bölüşüblər. Beləliklə insayderlərin təqdim etmiş olduqları məlumatlara əsasən Pixel 9 Pro XL smartfonu 2992х1344 piksel keyfiyyətli 6.8 düym ölçülü OLED ekranı əldə edəcək və ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon Tensor G4 prosessoru vasitəsilə çalışacaq və özündə Titan M2 təhlükəsizlik çipini birləşdirəcək. İnsayderlərin təqdim etmiş olduqları məlumatlarda 16 GB RAM və 128 GB daxili yaddaş həcmindən söhbət açılıb. Lakin çox güman ki, Pixel 9 Pro XL-in digər RAM və daxili yaddaş versiyaları da olacaq. Kameralar mövzusunda isə smartfon 50 MP + 48 MP + 48 MP üçlü arxa kameraya və 42 MP-lik ön kameraya sahib olacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта