RU

Prezident Administrasiyasından deputatlığa daha bir NAMİZƏD

Prezident Administrasiyasından deputatlığa daha bir NAMİZƏD

Prezident Administrasiyasının daha bir əməkdaşı sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova namizədliyini irəli sürüb.

O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizəddir.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Ramid Namazov isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışır./Modern.az

Избранный
132
15
sonxeber.az

10Источники