RU

Suriyada 5,5 bal gücündə zəlzələ baş verib

Suriyada

Bakı, 13 avqust, AZƏRTAC

Suriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 94,8 min nəfərin yaşadığı Salamiya şəhərindən 4 kilometr qərbdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Избранный
92
4
azertag.az

10Источники