RU

“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir

Bakı. Trend:

“Azercell Könüllüləri” xeyriyyə təşkilatı sosial məsuliyyətöhdəliklərinə və xeyriyyə ənənələrinə sadiq qalaraq 2024-cü ilinilk yarısında müxtəlif aksiyalar təşkil edib.

İkinci Qarabağ müharibəsi şəhidlərinin həyat yoldaşlarına müasirəmək bazarının tələblərinə uyğun biliklərin aşılanması məqsədilə“Azercell Könüllüləri”nin təşəbbüsü və dəstəyilə onlar üçün xüsusiİKT yönümlü təlimlər təşkil edilib. STEP Kompüter Akademiyası iləəməkdaşlıqda baş tutan təlimlərdə 20 qadına “SMM Design və “PythonFundamentals” üzrə dərslər keçirilib. Proqramı müvəffəqiyyətləbitirən iştirakçılar sertifikatla təltif olunublar. Təlimlərə cəlbolunmuş namizədlərin siyahısı Zəfər İB tərəfindən təqdimedilib.

Könüllülərin təşkilatçılığı ilə 2024-cü ilin may ayındatalassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkənuşaqlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib. İkigün davam edən aksiya Mərkəzi Qan Bankının peşəkar tibbi heyətitərəfindən icra olunub və toplanan qan ehtiyatları RespublikaTalassemiya Mərkəzinə yönləndirilib.

İl ərzində Könüllər Bakı və bölgələrdə yaşayan bir sıraaztəminatlı ailəyə dəstək göstəriblər. Həmçinin 1 İyun UşaqlarınBeynəlxalq Müdafiəsi Günü münasibətilə Ramanı qəsəbəsində yerləşən"Nur" uşaq evinə və Əhmədli qəsəbəsində yerləşən "SOS Uşaq Kəndi"nəsəfərlər təşkil olunub.

Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət bu xeyriyyətəşkilatı 2004-cü ildən etibarən fəaliyyət göstərir və bu günədəkminlərlə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
23
az.trend.az

10Источники