RU

Yeni Dövrə Yeni Azərbaycanla - VİDEO

Hörmətli 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi sakinləri,

Dəyərli Seçicilərim,
Əziz Şəhidlərimizin qiymətli Valideynləri,
Qəhrəman Qazi və Veteranlarımız,
Hər vaxtınız xeyir və hər birinizi salamlayır və sonsuz hörmətimi bildirirəm.
Bildiyimiz kimi artıq bu ilin 9 avqust tarixindən ölkəmizdə 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat mərhələsi başlayıbdır. Bugünə qədər keçirilmiş bütün görüşlərdə fəal iştirakınıza görə hər birinizə təşəkkür edirik. Fürsətdən istifadə edərək, VII çağırış deputatlığa namizədliyimə xeyir-dua vermiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası yolunda canından, həyatından və sağlamlığından keçmiş bütün Şəhid və Qazilərimizə, xüsusilə Nəsimi rayon ərazisində yaşayan Şəhid və Qazi ailələrinə, müdrik Ağsaqqal və Ağbirçəklərinə, qiymətli GƏNCLƏRİMİZƏ, fədakar Azərbaycan qadınlarına, müharibə veteranlarına, Səhiyyə, Təhsil və Mədəniyyət İşçilərinə təşəkkür edirəm. 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə keçirilən məhəllə görüşlərində iştirak edən bütün sakinlərə minnətdarlıq edirəm. Keçirilən hər bir görüşdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiyiniz fikirlərə və qaldırdığınız önəmli problemlərə görə çox sağ olun. Ulu Öndərimiz Heydər Əliyevin xeyir duası ilə yaranmış və bugün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sədirlik etdiyi Yeni Azərbaycan Partiyasını, eləcə də onun irəli sürmüş olduğu namizədləri dəstəklədiyinizə görə təşəkkür edirəm. Ölkəmizdə, eləcə də, Qarabağda gedən əzəmətli bərpa və quruculuq işlərini diqqətlə izlədiyinizə və təqdir etdiyinizə görə VAR Olun!

Əziz Seçicilərim,
Təbliğat və təşviqat kampaniyası davam edir. Hər birinizi çox fəal iştirak etməyə və fəal mövqe göstərməyə çağırıram. Biz ötən dövrdən bugünədək bir ailə kimi olmuşuq, fəaliyyətimdəki bütün uğurlarda Sizlərin böyük dəstəyi olub. Bir millət vəkili kimi mən də, köməkçim Xətai Məmmədli də daima Sizlər üçün əl çatan olmuşuq. Bütün kordinatlarımız, əlaqə nömrələrimiz ( cib və ev telefonlarımız), sosial media ünvanlarımız, Sizlər üçün 7/24 açıq olubdur. Hər bir seçicimin müraciətinə məmnuniyyət və diqqətlə yanaşmışıq, problemləri qanun çərçivəsində həll etməyə çalışmışıq. Nəsimi rayon ərazisində yaşayan Şəhid,Qazi və Veteran ailələri ilə hər zaman birgə olmuşuq.

Əziz Seçicilərim,
Əmin edirəm ki, bundan sonra da eyni səmimiyyət və dürüstlüklə Sizə xidmətçi olmağı davam etdirəcəyəm.

Sonsuz hörmətlə Məlahət İbrahimqızı, millət vəkili,
VII çağırış növbədənkənar seçkilərdə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə YAP-nın vahid namizədi.

Избранный
42
5
yenigundem.az

9Источники