Respublikaçılar Partiyasından prezidentliyə namizəd və keçmiş dövlət başçısı Donald Tramp seçkilərdə qalib gələrsə, neftin qiymətini aşağı salacağına söz verib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Nyu-Cersidə keçirdiyi mətbuat konfransında bildirib.
O, xatırladıb ki, ABŞ Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ölkələrdən daha çox neft ehtiyatına malikdir.
Siyasətçi onu da qeyd edib ki, hakimiyyətə gəldikdən sonra onun administrasiyası birinci ildə enerji qiymətlərini iki dəfə azaldacaq.
Mina Mikayılova