RU

Azərbaycan internetin sürətinə görə irəliləyib

Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (40,65 MB/S) görə 162 ölkə arasında 109-cu yerdə qərarlaşıb ki, bu da iyun ayına nisbərən 4 pillə irəliləyiş deməkdir.
BusinessTime “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (29,14 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 39,5 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (291,85 MB/S), axırıncı yeri isə Əfqanıstan (3,56 MB/S) tutub.
Azərbaycan iyulda mobil internetin sürətinə görə iyun ayına nisbətən mövqeyini dəyişməyərək 53,98 MB/S sürətlə 111 ölkə arasında 49-cu olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (359,85 MB/S), sonuncu yeri isə Yəmən (7,26 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 207 şəhər arasında 42,13 MB/S sürətlə 134-cü yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (320,47 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,95 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı iyulda mobil internetin sürətinə görə 68,99 MB/S sürətlə iyuna nisbətən 1 pillə irəliləyərək 162 şəhər arasında 69-cu yerdə qərarlaşıb.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (451,02 MB/S), sonuncu yeri Kabil (8,01 MB/S) tutub.Report

Избранный
54
12
businesstime.az

10Источники