RU

Ermənistanda virus yayıldı: Ölən var

  Ermənistanda yayılan Qərbi Nil virusuna 20 nəfər yoluxub, bir nəfər isə ölüb.

News24.az “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu ölkənin Xəstəliklərə Nəzarət və Xəstəliklərlə Bağlı Xəbərdarlıq üzrə Mərkəzinin direktoru Sergey Çaxmaxyan deyib.

Onun sözlərinə görə, hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.

Qeyd edək ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qripp virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur.

Bəzi hallarda isə bu virus zamanı dəridə səpkilər əmələ gəlir. Qərbi Nil virusunun ağır forması isə mərkəzi sinir sisteminin zədələnməsi və meningitlə müşahidə olunur.

Xatırlatmaq yerinə düşər ki, 10 faizədək hallarda mərkəzi sinir sisteminin zədələnməsi ölümlə nəticələnir.  

Избранный
131
24
referans.az

10Источники