Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin məşqçisi Arif Fərmanovun oğlu faciəvi şəkildə ölüb.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.
Məlumata görə, Arif Fərmanovun oğlu yol qəzası keçirib və aldığı xəsarətlərdən dünyasını dəyişib. O, həm də peşəkar idmançı imiş.