RU

Messi Argentina millisinə çağırılmadı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu və dünya futbol ulduzu Lionel Messi Argentina millisinə çağırılmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının rəsmi saytında məlumat verilib.
Belə ki, forvard 2026-cı ilin dünya çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etməyəcək.
Məlumata görə, Argentina millisi seçmə mərhələ çərçivəsində Çili (5 sentyabr) və Kolumbiya (10 sentyabr) komandaları ilə qarşılaşacaq.
Xatırladaq ki, Messi ABŞ Kubokunun finalında Kolumbiya ilə oyunda zədələnib və o vaxtdan bəri rəsmi oyunlarda iştirak etmir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
18
oxu.az

10Источники