AZ

Seçki Müşahidə Koalisiyası parlament seçkilərində qeydə alınmış namizədlərlə bağlı təhlil aparıb

Bakı. Trend:

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası MərkəziSeçki Komissiyasının məlumatları və açıq mənbələr əsasında qeydəalınmış namizədlərlə əlaqədar təhlil aparıb. Namizədliyi qeydəalınmış 1052 nəfərin faiz nisbəti ilə yaş qruplara bölgüsüaşağıdakı kimidir: 18-39 yaş 39,4 faiz, 40-59 yaş 43 faiz, 60 yaşvə yuxarı 17,6 faiz. Gender bölgüsünə əsasən, namizədlərin faiznisbəti ilə say bölgüsü aşağıdakı kimidir: qadınlar 26.4 faiz,kişilər isə 73, 6 faiz.

Trend xəbər verir ki, bu barədə məlumatlarlar “VətəndaşCəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının avqustun 20-dəparlament seçkiləri ilə əlaqədar təqdim etdiyi hesabatda əksolunub.

Hesabatda göstərilir ki, namizədliyi qeydə alınan 308 nəfər 25siyasi partiyanın nümayəndələridir. 25 siyasi partiyanın 592səlahiyyətli nümayəndəsi qeydə alınıb.

QHT nümayəndələrinin seçki prosesində fəal iştirakı müşahidəolunur. QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb.Bu namizədlərin 16-sı QHT nümayəndəsi olaraq öz təşəbbüsü ilə, 2nəfər YAP-ın siyahısı üzrə, 1 nəfər Ümid Partiyasından, 1 nəfər isəAna Vətən Partiyasından namizədliyini irəli sürüb. Namizədlərdən15-i QHT sədri, digərləri isə nümayəndələrdir.

QHT namizədlərin gender tərkibi bərabərdir: 10 qadın, 10 kişi.Araşdırmalar göstərir ki, eyni dairələr üzrə (35 və 81) hər birində2 QHT nümayəndəsi arasında mübarizə gedir.

Eyni zamanda, namizəd kimi qeydə alınan 10 QHT sədrinin MSK-nınrəsmi səhifəsində iş yeri başqa sahə kimi qeyd olunub. Buşəxslərdən 6-sı kişi, 4-ü isə qadındır. Beş nəfər öz təşəbbüsü ilə,qalanlar isə müxtəlif partiyalardan (2 nəfər ƏHD Partiyasından, 1nəfər Ümid Partiyasından, 1 nəfər Ana Vətən Partiyasından, 1 nəfərVətəndaş Həmrəyliyi Partiyasından) namizədliyini irəli sürüb.

Bu şəxslərin namizədliyi 10 seçki dairəsində (9, 17, 15, 24, 32,50, 65, 70, 90 və 119) qeydə alınıb. QHT sektorundan seçkilərdəümumilikdə 30 nümayəndənin iştirak edir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırışMilli Məclisin buraxılması və Milli Məclisə növbədənkənarseçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamlaaltıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nənövbədənkənar seçkilər təyin edilib.

Seçilən
12
3
az.trend.az

3Mənbələr