AZ

Messinin meydanlara qayıdacağı vaxt açıqlanıb

Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu sentyabrda matçlarda iştirak edə biləcək.

Topuğundakı zədəsini sağaldan forvard tezliklə komanda ilə məşqlərə start verəcək.

O, MLS çempionatında, sentyabrın 14-də "Filadelfiya Yunion"la qarşılaşmada meydana çıxa biləcək. Bundan əlavə, Messinin gözləniləndən əvvəl, sentyabrın 1-də "Çikaqo" ilə görüşdə iştirakı da ehtimal edilir.

Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
7
bakivaxti.az

10Mənbələr