AZ

Livandan İsrailin şimalına 135 raket atılıb

Livandan İsrailin şimalına 135 raket atılıb

Livan ərazisindən İsrailin şimalına 135-dən çox raket atılıb. AFN.az xəbər verir ki, bu barədə İsrailin "Ynet News" portalı məlumat yayıb.Bildirilir ki, bu səhər Hizbullahın yaraqlıları tərəfindən İsrailin şimalındakı icmalara təxminən 135 raket atılıb. Bəzi yaşayış məntəqələrində hava hücumu sirenləri işə salınıb.2023-cü il oktyabrın 7-də Qəzza zolağından radikal HƏMAS qruplaşmasının silahlı tərəfdarlarının İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək Livan və Suriyanın zolağına və müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb.

Seçilən
49
12
afn.az

10Mənbələr