AZ

İcra başçıları COP29-a hazırlaşır: Hələki ciddi xəbərdarlıqdır, 1 ay sonra isə... 

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bu barədə İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə geniş miqyaslı quruculuq işləri həyata keçirilir.

Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin son vaxtlarda Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə pozitiv dəyişikliklərin müşahidə edildiyi qeyd edilib. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara təmiz əllərlə işləməyi və təvazökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzən neqativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb edilib.

Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələri bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq.  

Referans.az-a millət vəkili Məlahət İbrahimqızı danışıb. Parlament üzvü bildirib ki, hər müşavirənin öz mövzusu, gündəliyi olur:

"Planda olan məsələlər müzakirə olunur. Sözsüz ki, hazırda Azərbaycan hökümətinin, ictimaiyyətinin gündəmində iki məsələ var. Bunlardan biri sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlıdır. Digəri isə seçki qədər önəmli olan 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP29  tədbiri ilə əlaqədardır". 

Deputat bildirib ki, COP29-la bağlı ölkəmizdə çox böyük işlər görülür. Müşavirədə sözügedən tədbirin keçirilməsi ilə bağlı hazırlıq işləri müzakirə edilib: "Şəhərdə aparılan bərpa- qruculuq işləri müzakirə olunan əsas məsələlərdəndir. Görülən işlər fonunda əlbəttə ki, nöqsanlar da müzakirə olunub. Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi müşavirədə məqsəd budur ki, noyabr ayında keçiriləcək COP29 tədbirinə Azərbaycan ən yüksək nəticələrlə qatılsın. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi müşavirəni ölkəmizin və Bakının COP29 -a hazırlıq  mərhələsi adlandırmaq yalnış olmaz. Danılmaz faktdır ki, ölkəmiz həmişə ev sahibliyi etdiyi tədbirlərə təşkilatçılıq baxımından ən yüksək səviyyədə hazırlaşıb". 

Şəlalə Babayeva
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
49
referans.az

10Mənbələr