AZ

"Zirə" mərhələ adlasa, milyonlar qazanacaq - MƏBLƏĞ

"Zirə" Konfrans Liqasının pley-offunda "Omoniya"nı məğlub edib, növbəti raunda yüksəlsə, böyük məbləğdə gəlir əldə edəcək. 

Demokraya.az
offsideplus.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası liqa mərhələsinə yüksəlsə, bu raunnda 3,17 milyon avro qazanacaq. 

Cari mövsüm UEFA KL-də liqada hər qələbəyə 400 000 avro, heç-heçəyə isə 133 000 avro verəcək.

Liqada 1-8-ci yerlərdə qərarlaşacaq komanda 400 000 avro, 9-16-cı yerlərin sahibi isə 200 000 avro əldə edəcək.

Qeyd edək ki, "Omoniya" - "Zirə" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
4
demokrat.az

5Mənbələr