Türk pop musiqisinin məşhur simalarından olan İrem Derici səhhətində yaranan problemlər səbəbindən sürətini azaltmadan davam etdiyi yay konsertlərinə ara verməli olub.
News365.az xəbər verir ki, növbəti konserti üçün Bodruma gedən müğənni qaldığı oteldə özünü yaxşı hiss etmədiyi üçün həkimə müraciət edib.
Məlum olub ki, İrem Derici qidadan zəhərlənib.
Yüngül müalicə prosesi keçən məşhur müğənni Bodrumda verəcəyi konserti daha gec bir tarixə təxirə salaraq istirahət edib./publika.az