AZ

Ermənilərlə sülhə çağıran Bəhruz Səmədov "dövlətə xəyanətdə" ittiham olunur

Azərbaycan hökumətini Ermənistanla həqiqi sülh istəməməkdə günahlandıran və sülh çağırışları edən azərbaycanlı fəal Bəhruz Səmədov dövlətə xəyanət maddəsilə 4 aylıq həbs edilib.

Bu barədə onun vəkili Zibeydə Sadıqova Turan agentliyinə bildirib.

Məlumata görə Səmədov məhkəmədə özünə qarşı ittihamları rədd edib.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Artıq iki gün idi ki, yaxınları Bəhruz Səmədov barəsində məlumat ala bilmirdi.

Bu barədə videonu YOUTUBE kanalımızda izləyin.

Hüquq-mühafizə orqanları da Bəhruz Səmədovun harada olması, nə də ittiham olunması ilə bağlı rəsmi məlumat verməyib.

Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova deyib ki, avqustun 22-də özünü Vəfa adlı vəkil kimi təqdim edən qadın zəng edib və Səmədovun dövlət əleyhinə olan yazılarla bağlı saxlanıldığını deyib.

O, Turan agentliyinə deyib ki, saxlanılandan bəri nəvəsilə əlaqə saxlaya bilməyib.

Zibeydə Osmanova bildirib ki, Bəhruz Səmədovun yaşadığı evdə axtarış aparılıb, 2 kompüter, 2 telefon, pasportu və çap olunmuş məqaləsi olan kitab götürülüb.

Səmədov xarici, yerli media və analitik nəşrlərdə Azərbaycan hakimiyyəti haqqında tənqidi məqalələr və şərhlər dərc etməklə tanınır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
bbc.com

1Mənbələr